Azərbaycanda online fitness kouçluğu

Hədəf yox. Sistem.

Arıqlamaq, güclənmək və ya əzələ qurmaq üçün sənə uyğun məşq, qidalanma və hesabverənlik sistemi. Nəyi etməli olduğunu hər gün bil.

Kouçluğa müraciət et →
1:1FƏRDİ NƏZARƏT
HƏR HƏFTƏ
Plansız məşq yoxdur.12+ həftəlik dönüşüm1:1 fərdi kouçluq100% sənə uyğun proqram
Necə işləyir

Nəticə şansa buraxılmır.

Həyat tərzin, fiziki vəziyyətin və hədəfin əsasında qurulmuş aydın plan. Hər həftə göstəricilərini yoxlayır, proqramı bədəninin reaksiyasına uyğun yeniləyirik.

01 / ANALİZ

Başlanğıcı ölç

Anket, foto, ölçü və həyat tərzi analizi ilə harada olduğunu dəqiq müəyyən edirik.

02 / İCRA

Planı yerinə yetir

Məşq, qidalanma və kardio planın tətbiqdə. Nə edəcəyin hər zaman aydındır.

03 / OPTİMİZASİYA

Davamlı inkişaf et

Həftəlik check-in, forma rəyi və məlumatlara əsaslanan proqram yenilənməsi.

Real dönüşümlər

İş görən sistem. Görünən nəticə.

Hər insanın başlanğıc nöqtəsi fərqlidir. Amma plan, səbr və düzgün nəzarət olduqda dəyişiklik qaçılmazdır.

-11 KG
12 HƏFTƏ
ELNUR · FAT LOSS
+7 KG
ƏZƏLƏ
RƏŞAD · MUSCLE BUILD
-9 CM
BEL
AYSU · RECOMP
Kouçluq paketləri

Öz səviyyənə uyğun seç.

Hər paketə fərdi məşq və qidalanma planı daxildir. Başlamazdan əvvəl qısa konsultasiya ilə sənə uyğun variantı seçirik.

Start

8 həftə

299 ₼ / proqram
  • Fərdi məşq planı
  • Qidalanma hədəfləri
  • Həftəlik check-in
  • WhatsApp dəstəyi
Müraciət et
Ən çox seçilən

12 həftə

399 ₼ / proqram
  • Fərdi məşq planı
  • Makro və qidalanma planı
  • Video forma analizi
  • Həftəlik check-in
  • Prioritet WhatsApp dəstəyi
Müraciət et
Dönüşüm

16 həftə

499 ₼ / proqram
  • 12 həftə paketinin hamısı
  • Hər 4 həftədə yenilənmə
  • Ətraflı ölçü təhlili
  • Uzunmüddətli nəticə planı
Müraciət et
Suallar

Başlamaq üçün bilmək istədiklərin.

Bu proqram kimlər üçündür?

Yeni başlayanlar, davamlılıq problemi yaşayanlar və daha strukturlaşdırılmış nəticə istəyənlər üçün.

İdman zalına getmək şərtdir?

Xeyr. Ev, zal və mövcud avadanlığına uyğun proqram hazırlanır.

Nəzarət necə aparılır?

Həftəlik check-in formu, çəki və ölçülər, ehtiyac olduqda foto/video üzərindən texnika rəyi ilə.

Qidalanma planı çox sərt olacaq?

Xeyr. Məqsəd qısa müddətli pəhriz deyil, gündəlik həyatına uyğun davamlı sistem qurmaqdır.

İlk addım

Ən güclü versiyanı qur.

30 dəqiqəlik qısa konsultasiyaya müraciət et. Hədəfini danışaq, sənə uyğun yol xəritəsini çıxaraq.

WhatsApp-da yaz →
Mənim hekayəm

Hədəf yox.
Qərar.

Mən Miraniyəm — sənə sadəcə məşq planı yox, nəticə verən sistem qurmağa kömək edən online fitness kouçuyam.

2020-ci ildə başladığımda 47–48 kq idim. Evdə tək məşq edirdim: jim, turnik və bacardığım qədər bədən çəkisi ilə hərəkətlər. Nə düzgün proqramım, nə də qidalanma barədə biliklərim vardı. Hətta yerdə jim vura bilmədiyim üçün əvvəlcə divarda vururdum.

Amma içimdə bir fikir var idi: özümü dəyişə bilərəm. Pandemiya dövründə iki il evdə məşq etdim, səhvlər etdim, calisthenics ilə məşğul oldum, yeni hərəkətlər öyrəndim. 2022-ci ildə bir dostum məni zala yazdırdı və həmin gün hədəflərim dəyişdi.

Məşq, qidalanma və bədənin necə işlədiyi barədə araşdırmağa başladım. 2022-ci ildə 53 kq ilə başlayan zal yolunda, heç bir steroid və ya supplement istifadə etmədən 2025-ci ilin ortalarında 88 kq-a çatdım.

Bu gün Dövlət və ictimai münasibətlər ixtisasında oxuyur, işləyir, özümü inkişaf etdirir və formamı qoruyuram. Mənə də “universitetə girəndə vaxtın olmayacaq”, “işləyəndə məşq edə bilməyəcəksən” deyirdilər. Amma vaxt tapılmır — vaxt yaradılır.

Məqsədim sənə sadəcə proqram göndərmək deyil. Həyatına uyğun sistem qurmaq, intizam yaratmaq və bu dəfə yarıda qoymamağına kömək etməkdir.